Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsə bilər

OXUNUB: 1423 SİYASƏT

Ukrayna Ali Radasının "Petro Poroşenko” blokundan olan deputatı İvan Vinnik Donbasın yenidən inteqrasiya olunması ilə bağlı qanuna dəyişiklik edilməsini təklif edib.

İcmal.Az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə "Kommersant” qəzeti yazıb. Təklif olunan dəyişiklik iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutur.

Məlumata görə, parlament üzvlərinin əksəriyyəti noyabrın 16-da səsverməyə çıxarılacaq qanunun lehinə səs verəcək. Qanun prezident Poroşenko tərəfindən təsdiqləndikdən sonra isə Rusiyanın Ukraynadakı, Ukraynanın isə Rusiyadakı diplomatik nümayəndələri bağlanacaq.

Qəzetə görə, qanunun qəbul edildiyi halda Ukraynanın Rusiyadakı maraqlarını, çox güman ki, Belarus və yaxud İsveçrə təmsil edəcək.

İcmal.Az

RƏYLƏR