Ukrayna Rusiyanı “işğalçı ölkə” olaraq tanıdı

OXUNUB: 878 SİYASƏT

Ukrayna Ali Radasında Donbas bölgəsinin işğaldan azad edilməsi haqqında qanun  qəbul olunub.

İcmal.Az 112.ua-a istinadən xəbər verir ki, Ukrayna torpaqlarının bir hissəsinin müvəqqəti olaraq Rusiya işğalında olduğu qeyd olunan qanunun lehinə 280 deputat səs verib.

Qeyd edək ki, Ali Rada "Müvəqqəti olaraq işğalda olan Donetsk və Luqansk vilayətlərində Ukrayna dövlətinin suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyyətləri haqqında” (N 7163) qanun qəbul edib.

Qanunun lehinə 280 millət vəkili səs verib. "Müvəqqəti olaraq işğalda olan Donetsk və Luqansk vilayətlərində Ukrayna dövlət suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” (N 7163) prezidentin təşəbbüsü ilə hazırlanan qanun layihəsi bundan əvvəl 6 oktyabr 2017-ci ildə ilk oxunuşda qəbul olunmuşdu. Yanvarın 16-da isə parlament ikinci oxunuşda qanun layihəsi ilə bağlı müzakirələrə başlayıb.

Ümumilikdə 673 düzəlişə baxılıb.

İcmal.Az

RƏYLƏR