Ukraynada erməni əsilli nazirin oğlu həbs edildi - Rüşvət üstündə

OXUNUB: 1175 DÜNYA HADİSƏ

Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu bu ölkənin korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs olunub. 
 
 Avakovun oğlunun həbs olunması rüşvət alması ilə bağlıdır. Belə ki, Ukrayna Korrupsiyaya qarşı Mübarizə İdarəsinin (UKMİ) əməkdaşları Avakovun oğlunu rüşvət alan zaman həbs ediblər. UKMİ əməkdaşlarının Avakovun evində axtarış aparmasına polis məneə olub. Belə ki, guya evə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olduğunu deyən polislər UKMİ əməkdaşlarını evə buraxmırlar. Hansı ki evdən istintaq üçün zəruri dəllillərin çıxması gözlənilir. 
Qeyd edək ki, əslən erməni olan Ukraynanın daxili işlər naziri Arsen Avakov azərbaycanlıların Ukraynada tez-tez həbs edilməsi və digər məsələlərlə gündəmə gəlir. /XəzərNews.az
 
 
İcmal.Az

RƏYLƏR