Ukraynada erməni nazir dövlət maraqlarına qarşı çıxdı - erməniliyini üstün tutdu...

OXUNUB: 432 DÜNYA SİYASƏT
Ukrayna Daxili İşlər naziri, erməni Arsen Avakov 24 aprel günündə Tvitter səhifəsində sözdə erməni soyqırımının 105 –ci ili münasibətilə post paylaşıb və belə bir qeyd edib: 
 
”24 aprel erməni soyqırımını anma günüdür. Cəzasızlıq yeni cinayət törədir”. 
 
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, Avakov bununla da Ukrayna Xarici işlər nazirinin müavini Vasili Bodnarın dövlət məmurlarına "erməni genosidi” terminini işlətməməyi, heç bir mərasim tədbirlərdə iştirak etməmək haqqında müraciət-məsləhətinə məhəl qoymadığını nümayiş etdirib. 
 
Vasili Bodnar bunu Rusiyanın Krımı işğal etməsinə haqq qazandırdığına və Türkiyənin Ukraynanın vacib tərəfdaşı olduğuna görə olduğunu qeyd etmişdi.
 
Bu, Avakovun Ukrayna dövlətinin maraqlarına qarşı ilk çıxışı deyil. Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini vəzifəsinə gətirilməsinə də Avakov sərt münasibət bildirib.
 

RƏYLƏR