Ukraynada məhkəmə zalında partlayış: Ölən və yaralananlar var

OXUNUB: 543 DÜNYA

Ukraynada məhkəmə zalında partlayış olub.

İcmal.Az-ın Ukrayna Milli Polisinin Dnepropetrovsk vilayəti üzrə idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Nikopol şəhərində baş verib.

İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Daha 9 nəfər yaralanıb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var.

Faktla bağlı cinayət işi başlanılıb.

İcmal.Az


RƏYLƏR