Ukraynada xəstəliyə yoluxanların sayı durmadan artır

OXUNUB: 93 DÜNYA

Ukraynada yanvarın əvvəlindən yayılan qızılca xəstəliyi artıq bir uşağın ölümünə səbəb olub.

Odesssa vilayəti Dövlət Administrasiyasının səhiyyə departamentinin direktoru Vyaçeslav Polyasnının məlumatına görə, Belqorod-Dnestrov rayonunda 5 yaşlı uşaq qızılca xəstəliyindən ölüb. Uşağın ölümünə səbəb xəstəxanaya gec müraciət edilməsi olub.

Qızılca xəstəliyi artıq Ukraynanın iri şəhərlərində də yayılıb. Təkcə son 11 gündə paytaxt Kiyevdə 66 nəfər qızılca xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib. Onlardan 55-i uşaqdır. Xəstəliyin yayılması ilə əlaqədar Kiyevdə səyyar sirkin fəaliyyəti dayandırılıb. Kütləvi tədbirlərin keçirilməsi isə məhdudlaşdırılıb. Bu məhdudlaşdırma azı 30 gün davam edəcək.

Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, qızılca xəstəliyinin yayılmasının əsas səbəbi valideynlərin uşaqlarını bu xəstəliyə qarşı peyvənd etdirməməsidir. Nazirlik xəstəliyin yayılmaması üçün uşaqların peyvənd edilməsini vacib sayır. 

 

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}