"Ulu Öndərimizlə qürur duyur və hər zaman onu fəxrlə anırıq"

OXUNUB: 85 SOSİAL
Azərbaycanın dövlətçilik tarixində ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin əvəzsis rolu vardır. Böyük şəxsiyyətin müdrik siyasəti, tarixi uzaqgörənliyi sayəsində Xalqımız öz müstəqilliyinə qouşmuşdur. Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, təhsilin, mədəniyyətin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə prezidenti cənab İlham Əliyevin də dediyi kimi " Heydər Əliyev böyük azərbaycanlıdır, böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur” Xalqımızın ümummilli liderinin " Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” sözləri bir həmrəylik simvoluna çevrilmişdir.

Heydər Əliyev siyasi dühasının nəticəsidir ki, Azərbaycan artıq dünya miqyasında tanınan bir ölkəyə çevrilmişdir. Ulu öndərin memarı olduğu müstəqil Azərbaycan onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi sayəsində bu gün hər tərəfli inkişaf edir. Şəhər və kəndlərimizin siması, insanların həyat şəraiti gündən günə yaxşılaşır, ölkəmiz dünyanın diqqət mərkəzinə çevrilir. Heydər Əliyevin olduqca zəngin və şərəfli həyat yolu elə bir tarixdir ki, bu günün gəncliyi və gələcək nəsil zaman-zamam bu tarixidən bəhrələnəcək.

Bu ibratamiz bir tarixdir! Heydər Əliyevi fenomen şəxsiyyət, əvəzolunmaz lider kimi dəyərləndirən ən yüksək keyfiyyətlərdən biri millilik, milli köklərə bağlılıq olmuşdur. Ulu öndər milli- mənəvi dəyərləri Azərbaycanın ən böyük sərvəti hesab edir və onların qorunub gələcək nəsillərə ötürülməsi üçün çalışırdı. Heydər Əliyev hər zaman xalqın sevimlisi olmuşdur. O, hər zaman xalqın yanında idi. Uşaqların, gənclərin təhsili, sağlamlığı, hərtərəfli inkişafı həmişə böyük liderin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev qadınların ictimai həyatda, dövlət orqanlarında təmsil olunnasına xüsusi önəm verirdi. O, əbədi yaşardır, hər zaman bizimlədir. Və biz ulu öndərimizlə qürur duyur və hər zaman onu fəxrlə anırıq. Biz fəxr edirik ki, Azərbaycanlıyıq!

Təranə Məmmədova
Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq

RƏYLƏR