Umayra Tağıyeva yeni vəzifəyə təyin olundu

OXUNUB: 547 SOSİAL
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatı olub.

İcmal.Az report-a istinadən xəbər verir ki, Umayra Tağıyeva Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

U.Tağıyeva 2018-ci ilin may ayından etibarən həmin şöbənin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri vəzifəsində çalışırdı.
 

İcmal.Az

RƏYLƏR