"Öümünü sifariş edənlər" sənədli fillminin müzakirələri təşkil olunub

OXUNUB: 368 QHT SOSİAL
Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ağ ölüm” adlı layihə çərçivəsində tədbirlər həyata keçirmişdir.
Layihə 26-30 sentyabr 2022-ci il tarixlərində 2 nömrəli Bakı Baza Tibb Kollecində təşkil edildi. Layihənin başlıca məqsədi əsrimizin bəlası olan narkomaniya problemində gəncləri qorumaq. Əsas vəzifə isə bu problemin aktuallığını onlara maarifləndirmə yolu ilə anlatmaq. Tədbirdə gənclərə maarifləndirici bukletlər paylandı , hədiyyə və sertifikatlarla təltif olundular. Tədbir zamanı narkomaniyadan bəhs edən "Ölümünü özü sifariş edənlər” adlı sənətli film nümayiş edildi və bunun ətrafında müzakirələr aparıldı. Sonda isə film disklərə çoxaldılaraq gənclərə paylanıldı.


RƏYLƏR