Çunayev karyerası ilə bağlı qərar verdi

OXUNUB: 993 İDMAN

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.

"Rio-2016” nın bürünc mükafatçısı "Neftçi İdman Klubu”ndan ayrılıb.

Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu "Neftçi” İK-dən güləşçiyə "bugün-sabah” deyilsə də, vədə əməl edən olmayıb.

Aldadıldığını görən Çunayev "Neftçi” İK-dən ayrılmağa qərar verib. Məlumatı saytın əməkdaşı ilə söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısı özü də təsdiqləyib./azərbaycan24

 

İcmal.Az

RƏYLƏR