UNESCO Azərbaycandakı tarixi abidələri qoruyacaq

OXUNUB: 245 MƏDƏNİYYƏT

Azərbaycanın etnoqrafik və mədəni irsinə böyük diqqət yetirilir, ancaq etiraf etmək lazımdır ki, orta əsrlərdəki tarixi abidələrin qorunması düzgün səviyyədə aparılmır.

İcmal.Az xəbər verir ki, bu sözləri Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi, UNESCO-nun dosenti Rizvan Hüseynov Azərbaycan irsinin tədqiqi və təbliği ilə bağlı İşçi Qrupunun mətbuat konfransında deyib. 

Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü, UNESCO-nun ənənələrin müqayisəli tədqiqatı, mədəniyyətlərin xüsusiyyətləri və dinlərarası dialoq kafedrasının və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyilə müxtəlif ölkələrdən olan alim və tədqiqatçılardan ibarət İşçi Qrupu yaradılıb.

İşçi Qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Türkiyədən olan alimlər daxildir. 

Hüseynovun sözlərinə görə, İşçi Qrupu digər ölkələrdən olan yeni alimlər və təhqiqatçıların daxil olması ilə genişlənib. 

Bundan başqa, qrupun fəaliyyəti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkənin digər qurumları tərəfindən dəstəklənir.

"Əsas məqsədimiz yalnız tarixi abidələri, irsini araşdırmaq deyil, həm də onların qorunması və təbliğatıdır”, - Hüseynov əlavə edib. 

Tədbirdə UNESCO-nun baş direktorunun mənəvi ənənələri müqayisəli tədqiqatları, mədəniyyətlərin xüsusiyyətləri və dinlərarası dialoq üzrə müavini Alina Venkova çıxış edib.

Onun sözlərinə görə, UNESCO Azərbaycanda tarixi abidələrin tətbiqi və sertifikatlaşdırılması layihəsinə başlayır.

İcmal.Az

RƏYLƏR