UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği layihəsinə start verildi

OXUNUB: 475 SOSİAL

"Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə Bakı şəhəri Binəqədi rayon məktəbliləri arasında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği layihəsinin icrasına start verib.

 

Layihənin məqsədi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq, yeniyetmə və gənclərimizi xalçalarımızın və kəlağayılarımızın tarixi və bu günü haqqında maarifləndirməkdən və onların bu istiqamətdə fikir və biliklərinin daha formalaşaraq möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarətdir.

 

Layihənin icrasına əsasən yeniyetmə və gənclərdən ibarət qrup cəlb olunacaq. Müsabiqə iştirakçıları öncədən təlimatlandırılacaq. Bu səbəbdən də iştirakçılar arasında maarifləndirici təlimlər təşkil olunacaq.

 

Qeyd edək ki, "Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin 2010-cu ildən etibarən icra etdiyi layihələrin məqsədi hər zaman gənclərin vətənpərvər, bilikli, dövlətçil olmasına, sağlam həyat tərzini seçmələrinə kömək olmaqdan ibarət olub. İctimai Birlik bu mövzuda layihəni və müsabiqələri əvvəllər də həyata keçirib. Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq gənclərin milli mənəvi dəyərlərə  marağının artırılmasında öz töhfəsini verir.

 

 

 

 

 
 
İcmal.Az

RƏYLƏR