“UniBank” kompensasiya ilə bağlı Prezidentin nəcib təşəbbüsünü maxinasiyaya çevirir – ŞİKAYƏT+FOTOLAR

OXUNUB: 108 İQTİSADİYYAT BANK

Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı imzaladığı məlum fərmandan sonra fevral ayının 22-dən etibarən vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılıb. Artıq bankların çoxu məbləği 500 manatdan artıq olan kompensasiyaların hesablara köçürülməsi üçün vətəndaşlarla müqavilə bağlayıb, kartları da təqdim edib.

Şikayətçi Fərqanə Qasımova isə saytımızabildirib ki, "UniBank”vətəndaşları maliyyə toruna salmaqla məşğuldur: "Mən Qasımova Fərqanə 2015-ci ildə "UniBank”ın "RAZİN”də yerləşən ünvanından kredit almaq üçün müraciət etdim. Müraciətim müsbət qarşılandı və mənə kredit ayrıldı. Mən sənədlərə qol çəkib kassadan 1500 azn pul götürüb uzaqlaşdım. Açığı bank işçisi tanış idi deyə heç bir sənədə baxmadım. Çünki krediti mən özümçün deyil, rəfiqəm üçün götürürdüm. Ancaq rəsmiləşmə və digər məsuliyyətlər təbii ki, mənim adıma idi. Rəfiqəm 1500 azn-dən də artıq vəsait ödəyəndən sonra mənə zəng etdi ki, borc nəsə bitmir, sənədlərə bax. Mən sənədləri bir tanış mütəxəssisə göstərdim. Bəlli oldu ki, mənə 1500 azn yox, 3600 dollar kredit ayrılıb. Lakin bank işçisi bu məbləğdən yalnız 1500 azn mənə verib. Mən banka müraciət etdim, kameraları açmağı, mənim nə qədər pul götürməyimi dəqiqləşdirmələrini istədim. Onlar isə yox cavabını verdilər. O olaydan sonra İKİ DƏFƏ devolvasiya oldu. Və beləliklə mən əlavə vəsaitlər ödəməyə başladım. Sonra Cənab Prezidentin məlum sərəncamından sonra mənim də işim yüngülləşdi. Bankdan mənə mesaj gəldi (red. Foto əlavə edilib), dedilər ki, banka yaxınlaşın, əlavə ödədiyiniz pulları geri alın. Mən də banka yaxınlaşdım və tam hesablandıqdan sonra mənə 2296.28 azn geri qaytarıldı. Əslində mən bu məbləğin az olduğunu düşünürdüm. Amma olaylar bundan sonra başladı.

11.05.2019-cu il tarixdə "UniBank”dan mənə yenidən zəng gəldi.Mənə dedilər ki, sizin kreditiniz var, 2 gün də gecikib. Mən məbləği soruşanda dedilər ki, sizin 1900 azn borcunuz var. Mən krediti götürəndə də bu bank məni aldadıb, bu illər ərzində mənə aid olmayan, götürmədiyim məbləği ödədim, kompensasiyamı da aldım. İndi bank yenidən mənə hansı məqama görə borc açır, anlamadım. Bu barədə aidiyyatı qurumlara, Cənab Prezidentə, 1-ci Vitse-Prezidentə müraciət edəcəm. Çünki artıq 1 manat belə ödəməyə imkanım yoxdur. Aidiyyatı qurumlar bu qanunsuzluğa son qoymalı, vətəndaşları dövlətdən narazı salmaqdan vaz keçməlidirlər”.

Mövzunu davam etdirəcəyik.

7NEWS.az

RƏYLƏR