"UniBank"ın kart oyunu — Kim kimi aldadır?

OXUNUB: 2942 GÜNDƏM Seçilmiş Önəmli

Reklam xarakteri daşıyan xəbərdə bildirilir ki, şirkətlər 50, 100 və 150 AZN nominallı "Albalı Gift" kartını öz əməkdaşlarına və ticarət tərəfdaşlarına məmnuniyyətlə hədiyyə edə bilərlər. 

Xəbərin başlığından istehlakçılar hədiyyə aksiyası olduğunu anlasalar da, xəbərin içində yazılanlarda banka məxsus olan kartın satışı nəzərdə tutulduğunu xəbəri oxuduqdan sonra başa düşürlər. Amma bu satış aksiya çərçivəsində qeyd olunur ki, bank kartı pulsuz təklif edir. Belə ki, kartı əldə etmək üçün nominalı qədər ödəniş edilir ki, kartın nominalı 50, 100, 150 manat arası dəyişir. Yəni, 100 AZN-lik "Albalı Gift" kartı almaq üçün 100 AZN ödənilməlidir.

Bank aksiya çərçivəsində əldə olunan kart və müştəriyə xüsusi dizaynlı hədiyyə zərfində təqdim olunmasından əlavə xərc tələb etmir. Amma reklamda kartın itdiyi və ya zərər gördüyü halda bərpasının mümkün olmadığını da bildirmir. 

Yəni kartın sığortalanmadığını və müştərinin kartı əldə etdiyi anda əlindən düşüb zərər görməsi nəticəsində ən az halda 50, ən çox halda isə 150 manatının itəcəyini reklamında əks etdirmir. Bunun üçün də Azərbaycan Respublikası reklam haqqında qanunun 18.0.5. maddəsi var. Maddədə bildirilir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən reklamında natamam reklam verməsinə icazə vermir.

Bundan başqa reklam haqqında qanunun 4.2. maddəsində qeyd olunub ki,  reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. Xəbərin başlığı çaşqınlıq hissi yaradır. İstehlakçılar bankdan hansısa aksiya çərçivəsində hədiyyə qazanacaqlarını düşünə bilərlər.

Qeyd edək ki, sözügedən kartı əldə etmək üçün yaş məhdudiyəti yoxdur və sadəcə şəxsiyyət vəsiqəsilə əldə etmək olar.

Bank, verdiyi xəbərdə (reklamda) qeyd etməsə də bildirmək istəyirik ki, sözügedən kartı sadəcə Bakıxanov və Əcəmi filialından əldə etmək olar./ölkə

İcmal.Az

RƏYLƏR