“UniBank”ın mənfəəti 64 faiz azalıb - RƏQƏMLƏR

OXUNUB: 692 İQTİSADİYYAT BANK
Hüquqi şəxslərin depozitləri 17,4 milyon manat azalıb.

"UniBank” 2020 ci ilin yekinlarına olan hesabatını açıqlayıb.
Valyuta.Az bankın hesabatına istinadən xəbər verir ki, sözügedən bankın cəmi aktivləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28 mln. 612 min manat artaraq 815 mln. 811 min manat olub. Bunun əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 81 mln. 27 min manat artaraq 477 mln. 955 min manata çatması olub. Bundan başqa bankın cəmi öhdəlikləri 22 mln. 59 min manat artaraq  719 mln. 45 min manata çatıb. Artımın səbəbi bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin 24 mln. 515 min manat artaraq 126 mln. 121 min manata çatmasıdır.
Bankın cəmi kapitalı 6 mln. 553 min manat artaraq 96 mln. 766 min manat olub.
DEPOZİT PORTFELİ AZALIB
"UniBank”ın depozit portfeli 2019-ci ilin 4-cü rübü ilə müqayisədə 8 mln. 365 min manat azalaraq 522 mln. 367 min manata enib. Fiziki şəxlərin bankdakı depozitləri 9 mln. 78 min manat artsa da, hüquqi şəxslərin depozitlərində kəskin azalma müşahidə olunub. Belə ki, 1 il ərzində hüquqi şəxslərin depozitləri 17 mln. 443 min manatdan çox azalıb.
MƏNFƏƏTİ 64% AZALIB
Bankın faiz gəliri 87 mln. 724 min manat, faiz xərcləri 28 mln. 38 min manat olub. Buna görə də bankın xalis faiz gəliri 59 mln. 686 min manat təşkil edib. Qeyri-faiz gəliri 30 mln. 798 min manat, qeyri-faiz xərcləri isə 70 mln.257 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 20 mln. 227 min manat olub. Bu isə 2019-cu ilin analoji dövrü ilə müqayisədə 35 mln. 436 min manat və ya 64% azdır.
Bundan başqa bankın xalis mənfəəti 12 mln. 944 min manat  və ya 54% azalaraq 11 mln. 21 min manata düşüb.
"UniBank”ın məcmu kapitalı 82 mln. 906 min manat təşkil edib.

RƏYLƏR