"Unibank"ın səhmdarlarının illik toplantısı keçiriləcək

OXUNUB: 450 MÜSAHİBƏ SİYASƏT KÖŞƏ Səhiyyə

Bakı. 29 aprel. / İyunun 16-da "Unibank" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə məlumat Bankın mətbuatda açıqlamasında yer alıb.

Məlumata görə, yığıncaq Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi,55 ünvanında yerləşən baş ofisində baş tutacaq.

Yığıncaqda 2016-cı il üzrə Bankın maliyyə hesabatlarının təsdiqi, Bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2016-cı il üzrə illik hesabatının təsdiqi, Bankın nizamnaməsinə dəyişikliklər edilməsi və Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi haqqında məsələlər müzakirə ediləcək.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın baş ofisində, İşlər İdarəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 70,565 mln. manatdır. Bankın səhmlərinin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

RƏYLƏR