USAID-ın nümayəndəsi Azərbaycandadır

OXUNUB: 921 SİYASƏT

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administrator köməkçisi vəzifəsini icra edən Marqo Ellis Azərbaycana gəlib.

M.Ellis Bakıda Azərbaycanın iqtisadi inkişaf məsələlərində xarici dəstəyin rolunu və təsirini müzakirə etmək məqsədilə donor təşkilatlar və agentliyin tərəfdaşı olan vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək.

Eyni zamanda, onun ümumi inkişaf prioritetlərini müzakirə etmək üçün Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər mayın 20-də başa çatacaq.

Qeyd edək ki, M.Ellis Bakıdan sonra Tbilisiyə yollanacaq. O, mayın 20-25-də Gürcüstan paytaxtında görüşlər keçirəcək./report

 İcmal.Az


RƏYLƏR