"Uşağın itməsi ailədaxili münaqişə ilə bağlıdır" - 3 yaşlı İsmayılın itkin düşdüyü oteldən AÇIQLAMA

OXUNUB: 1080 SOSİAL
Xəbər verdiyimiz kimi, Nabrandakı istirahət mərkəzlərindən birində 3 yaşlı oğlan uşağı İsmayıl Novruzov itkin düşüb. 

Azyaşlının nənəsi Elnarə Novruzova qafqazinfo.az saytına açıqlamasında nəvəsinin itkin düşməsində "Mayak" otelini günahlandırıb. O bildirib ki, oteldə təhlükəsizlik kameraları yerləşdirilməyib. Əgər yerləşdirilsəydi, İsmayılı tapmaq mümkün ola bilərdi. 

BiG.AZ saytı məsələ ilə bağlı İsmayıl Novruzovun itdiyi "Mayak” otellə əlaqə saxlayıb. 

Otelin sahibi Əlağa Zahidov bildirib ki, ailə buraya gələndə oteldə kameranın olmamasından xəbərdar olub:

"O ailə 3 dəfə gəlib məndən yer istəyib. Mən demişəm ki, oteldə boş yer yoxdur. Buraya gələndə görmürdülər ki, təhlükəsizlik kamerası var, ya yox? Hazırda bütün rayon tərəfindən o uşağın axtarışı aparılır. Uşağın itməsi ailədaxili münaqişə ilə bağlıdır. Çünki onların hərəkətləri bunu göstərirdi. Uşağına anası da daxil olmaqla 6 nəfər idilər. Onlar ayın 12-də otelə gəlmişdilər. Saat 13:30-da gəlib dedilər ki, uşaq itib. Saat yarımın içində uşaq necə itə bilər? Nənəsinin mətbuata verdiyi açıqlama həqiqətə uyğun deyil. Ədalət öz yerini tapacaq. Mən onun haqqında qanunla addımlar atacağam. Çünki məni biabır ediblər. Bura ailəvi istirahət mərkəzidir. 20 ildir fəaliyyət göstərmişik. Bu 20 ildə bir dəfə də belə bir hadisə olmayıb. Bütün uşaqlar ailələri ilə birlikdə rahatçılıqla istirahət ediblər”. 

İcmal.Az

RƏYLƏR