Uşaq evindən oğurluq edənlər saxlanıldı

OXUNUB: 600 HADİSƏ

Uşaq evi və kompüter oyun salonundan noutbuk və telefon oğurlayanlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki "SOS” uşaq evindən 3 ədəd noutbuk, 2 ədəd monitor və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər ərazisindəki kompyuter oyunları salonlarından birindən 4 ədəd oyun aparatı, 12 ədəd pult və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İbrahim Xanverdiyev və yeniyetmə qardaşı saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

İcmal.Az

RƏYLƏR