Uşaqlarını öldürən qadından dəhşətlı açıqlama: "Yuxuda onları görürəm ..."

OXUNUB: 713 DÜNYA

Uşaqlarını öldürən ana məhkəmədə ifadə verib.

İcmal.Az goldnews.az-a istinadən xəbər verir ki, İstanbul Bağcılarda 9 ay əvvəl biri 5 aylıq, digəri 5 yaşı olan övladlarını boğaraq öldürdüyü iddia edilən 26 yaşlı Xədicə Tiryaki ikinci dəfə hakim qarşısına çıxarılıb.

 

Uşaqlarını öldürən qadının sözləri məhkəmə salonunu sükuta qərq edib. Çıxış edən Xədicə bunları deyib:

"Tez-tez balalarımı yuxuda görürəm. Onların ağız və burunlarından qan gəlir. "Ana, bizi niyə öldürmüsən, niyə bunu bizə etdin?",- deyirlər. Qəbirdə görürəm onları. "Ana, nəfəs almırıq, bizi buradan çıxar", - deyirlər. Yaşlı bir adam da görürəm. Özümü öldürməyimi istəyir. Artıq sən ölməlisən deyir".

Xəstəxanada müalicə olunduğunu söyləyən cinayətkar "Dərmanlarla məni yaxşılaşdırmağa çalışırlar. Hələ sağalmamışam",- deyə danışıb.

 

İcmal.Az

RƏYLƏR