Vahid Ələkbərov: "Gələcəkdə neft qiymətlərinin kəskin artımından ehtiyat edirik"

OXUNUB: 992 İQTİSADİYYAT
Rusiyanın "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov son dövrlər neft qiymətlərinin aşağı düşməsinə münasibət bildirib.

İcmal.Az xəbər verir ki, Ələkbərovun fikrinə görə, bazarda möhtəkirlərin olması neft qiymətlərinin aşağı düşməsinə səbəb olur.

"Lukoyl"un sahibi deyib: "Düşünürük ki, bu möhtəkirlərin iştirakından yaranır. Neft bazarı böyüyür. Biz Avropa bazarında neft məhsullarının satış həcmini 4 faiz artırmışıq. Amerika bazarı da böyüyür, ehtiyatlar azalır. Belə bir vəziyyətdə bazar ya stabil olmalıdır, ya da artan templə davam etməlidir. Amma bazarda müşahidə edilən azalma tendensiyası möhtəkirlərdən xəbər verir. Onlar qiymətlərin aşağı düşməsi üçün işləyirlər. Biz gələcəkdə neft qiymətlərinin kəskin surətdə artımından ehtiyat edirik. Bizə stabillik lazımdır".
 
İcmal.Az

RƏYLƏR