Vahid Ələkbərov: Neft istehsalçıları artıq 70 dollara qane deyillər

OXUNUB: 653 İQTİSADİYYAT

OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşması neftin qiymətini stabilləşdirib. Lakin neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə imkan verilməməlidir. 

İcmal.Az xəbər verir ki, bunu "LukOil”in rəhbəri Vahid Ələkbərov Davos İqtisadi formunda qeyd edib. O deyib ki, neft istehsalçısı olan ölkələr artıq neftin barelinin 70 dollar olması ilə qane deyillər:

"Razılaşmadan belə çıxır ki, onlar neftin qiymətini 2011-2012-ci illər səviyyəsinə çatdırmaq istəyirlər. Biz neftin qiymətində sıçrayışlı artıma 140-150 dollar səviyyəsinə çatmasına imkan verməməliyik. Neft istehsalçılarının acgözlüyü neftin qiymətinin 9 dollardan 140 dollara yüksəldiyi dövrün təkrarlanmasına gətirib çıxara bilər. Hansı ki, həmin vaxt alternativ enerji mənbələrinə investisiyalar artmağa başladı, nəticədə neftin qiyməti kəskin ucuzlaşdı”. 

V.Ələkbərov neftin qiymətindəki qəfil düşüşdən sonra istehsalçıların 50 dollara da qane olduqlarını xatırladıb.

İcmal.Az

RƏYLƏR