Vampir kişi ABŞ-ı vəlvələyə SALDI

OXUNUB: 755 DÜNYA

ABŞ-ın Nyu-York şəhərində polis kişi vampiri saxlayıb.

  34 yaşlı yerli sakin Daniel Dentre şəhər sakinlərinin 911 xidmətinə (ABŞ-da fövqəladə vəziyyətlərdə zəng edilən nömrə -red.) zəngindən sonra saxlanılıb.

Sakinlər onun ictimai kitabxananın yaxınlığında olan parkda iki göyərçinin başını kəsərək qanını içdiyini görüblər. O, sakinlərə vampir olduğunu bildirib.

Hazırda polis saxlanılan şəxsin psixoloji vəziyyətini yoxlayır./publika

 

İcmal.Az

RƏYLƏR