Vasif Talıbovun oğlu həyat yoldaşına mahnı ithaf etdi – AUDİO

OXUNUB: 1308 SİYASƏT

Xəbər verdiyimiz kimi, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov ötən ay Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurub. 

 Toy mərasimində sənət aləminin tanınmış nümayəndələri də iştirak edib. Müğənni Zamiq Hüseynov toyda "Bu gün bizim günümüzdür” adlı bəstəni səsləndirib. Mahnını S.Talıbov həyat yoldaşına ithaf edib.

"Əziz dostlar, bu yaxınlarda mənə çox əziz olan, hörmət etdiyim bir insanın özəl gününə mahnı hazırladıq. Çoxsaylı zəng və mesajlarınızı nəzərə alıb, həmin mahnının bütöv versiyasını təqdim edirəm. Mahnının sözləri Seymur Talıbova, musiqisi isə Hakan Erola məxsusdur”, - deyə Z.Hüseynov ötən gün sosial şəbəkədə yazıb./oxy

 

RƏYLƏR