Vaşinqton Alxanlıda dinc sakinlərin öldürülməsindən narahatlığını ifadə etdi

OXUNUB: 760 SİYASƏT

"Amerika Birləşmiş Ştatları əvvəlki kimi, bu ayın 4-ü Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçirir”.

Bunu ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi Hizer Nauer keçirdiyi brifinqdə deyib.

"Bu hadisə təmas xətti yaxınlığında baş verib. Biz bu qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik”, – deyə o qeyd edib.

Hizer Nauer bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı hərbi əməliyyatları dayandırmağa və tərəfləri danışıqlar prosesini bərpa etməyə çağırır.

"Bizim bu region üzrə siyasətimiz açıq-aydındır: Münaqişə, gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə sadiq beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə həll oluna bilər”, -deyə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin nümayəndəsi qeyd edib./apa

İcmal.Az

RƏYLƏR