Vaşinqtonda “Əli və Nino”nun premyerası keçirilib – FOTO

OXUNUB: 1158 MƏDƏNİYYƏT

Mayın 16-da Azərbaycanın və Gürcüstanın ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə Vaşinqtonda Hərbi Dəniz Qüvvələrinin Xatirə və İrs Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş "Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

İcmal.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

ABŞ administrasiyasının və Konqresinin rəsmilərinin, Vaşinqtonda akkreditə olunmuş səfirlərin və yüksək rütbəli diplomatların, beyin mərkəzlərinin təmsilçilərinin, ictimai xadimlərin iştirak etdikləri tədbir ziyafətlə başlanıb. Daha sonra səfir Elin Süleymanov və David Bakradze nitq söyləyiblər.

Hər iki ölkənin mədəniyyəti və tarixi barədə dolğun təsəvvürlər yaradan bu film iştirakçılar tərəfindən olduqca müsbət qarşılanıb.

 

İcmal.Az

RƏYLƏR