Vaxtından əvvəl olan doğuşların SƏBƏBİ BİLİNDİ

OXUNUB: 1140 Səhiyyə

Regionlarda hamilə qadınlar qeydiyyat üçün xəstəxanalara müraciət etmirlər.

Bu sözləri Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzləyicisi Hicran Kazımova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hamilə qadınlar özlərinə uşaqlara ciddi yanaşmırlar: "Kliniki protokola əsasən qadınlar hamiləlik müddətində müayinə üçün 7 dəfə həkimə müraciət etməlidirlər. Amma onlar bu məsələyə ciddi yanaşmırlar və nəticədə səhhətlərində ağırlaşmalar olur".

Hicran Kazımova qeyd edib ki, Azərbaycanda 3 ay ərzində 393 normal, 53 vaxtından əvvəl doğuş olub, doğuşlardan 240-ı qeysəriyyə yolu ilə həyata keçirilib./publika

 

İcmal.Az

RƏYLƏR