...VƏ PKK-nın əsas adamı ÖLDÜRÜLDÜ - Türkiyə ordusundan uğurlu əməliyyat / VİDEO

OXUNUB: 1026 DÜNYA

Türk ordusunun Bitlisin Tatvan rayonunda terrorçulara qarşı həyata keçirdiyi əməliyyat zamanı öldürülən 11 terrorçu arasında Abdullah Öcalanın katibi də var.

Nuran Ekinci adlı terrorçu digər terrorçular kimi dağda öldürülüb. Onunla yanaşı, öldürülən 11 terrorçudan 7-i qadın olub.

Nuran Ekincinin PKK terror təşkilatının hazırki lideri Murat Karayılanın mühafizəsini də həyata keçirdiyi ortaya çıxıb. 17 yaşında 3 rəfiqəsi ilə birlikdə Suriyaya gedən Ekinci həmin illərdə Abdullah Öcalanla tanış olub və Öcalan onu özəl katibi təyin edib.

1998-ci ildə Suriyadan ayrılmaq məcburiyyətində qalan Öcalan, Nuran Ekincini Kandildəki PKK-a düşərgəsinə göndərərək, Murat Karayılana tapşırıb. Murat Karayılan 2016-cı ilin əvvəllərində Ekincini Bitlis-Tatvan qrupunun rəhbəri kimi bölgəyə göndərib./metbuat.az

İcmal.Az

 

RƏYLƏR