Vəhşi quşları qanunsuz saxlayan şəxs 500 manat cərimələnib

OXUNUB: 730 SOSİAL

Vəhşi quşları qanunsuz saxlayan şəxs cərimələnib.

İcmal.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakı sakini Telman Zöhrabov inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən  aparılan araşdırma zamanı məlum olub ki, Azərbaycanın "Qırmızı Kitabı”na daxil edilmiş üç şahin quşunun T. Zöhrabov tərəfindən təbiətdən qanunsuz götürülərək ona məxsus bağ evində saxlanılıb və quşların təbii mühitdən götürülməsi, saxlanılması barədə rəsmi təsdiqedici sənədinin olmadığı məlum olub. 

Şahin quşları götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

 

İcmal.Az

RƏYLƏR