Vəkil məhkəmə zalında həbs olundu - BAKIDA

OXUNUB: 802 HADİSƏ
Dələduzluqda təqsirləndirilən Natiq Yarəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N. Yarəliyevlə bağlı qərar elan olunub. 

İcmal.Az femida.az-a istinadən xəbər verir ki, indiyə kimi iclaslara gəlməyən N. Yarəliyev prosesə gətirilib. Məhkəmənin qərarı ilə ev dustaqlığında olan N. Yarəliyev həbs edilib.

Proses mayın 26-da davam etdiriləcək, həmin gün hökm oxunacaq.

Qeyd edək ki, prokuror onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, N. Yarəliyev vəkil kimi fəaliyyət göstərdiyini deyərək, təqsirləndirilən şəxsi Şəki Ağır Cinayətlər Məhkəməsində azadlığa buraxdıracağını deyib. O, təqsirləndirilən şəxsin yaxını Təranə İbrahimovanın etibarından sui-istifadə edərək, onlara qarşı 15 min ABŞ dolları məbləğində dələduzluq edib.
 
İcmal.Az

RƏYLƏR