Vəkil olmaq istəyənlərin nəzərinə: Qəbul bərpa olundu

OXUNUB: 756 SOSİAL

Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında"  Qanunun tələbinə uyğun olaraq  Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulunu bərpa edib.

Vəkillər Kollegiyasından İcmal.Az-a verilən məlumata görə, qurumun  üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənədlərini vermiş şəxslərin ərizələrini komissiyada təsdiq etdirmələri zəruridir.

Sənədlər VK-nın binasında – Səməd Vurğun küçəsi 48 ünvanında, dekabrın 11-dən 2018-ci il yanvarın 11-dək qəbul edilir.

Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər kollegiyaya aşağıdakı sənədləri təqdim etməlidir:

- VK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərizə forması

- Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti

- Ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti

- Əmək kitabçasının təsdiq olunmuş surəti

- Əqli cəhətdən sağlamlıq haqqında tibbi arayış

- 3*4 sm 4*6 sm ölçüdə 4 ədəd rəngli şəkil

- Kadrların şəxsi məlumat vərəqəsi

- Tərcümeyi-hal.

İcmal.Az

RƏYLƏR