"Velosiped sür, Hərəkətə sən də qoşul" layihəsi başa çatdı

OXUNUB: 202 İDMAN
90 günlük aktivlik kampaniyası çərçivəsində Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı Azərbaycan Velosiped İdmanı Federasiyası, " Gənc Velosipedçilər " İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyilə Bakı şəhərində yerləşən lisey və orta təhsil müəssisələrinin şagirdləri arasında velosiped idmanına marağı daha da artırmaq üçün «Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları » mövzusunda seminar-təlimlərin keçirilməsilə təblığat və təşviqat işləri aparıldı.Layihənin əsas məqsədi tələbə, şagird və valdeynlərin arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və məktəbə yeni-yeni idmançıların cəlb edilməsi idi. Bu layihənin həyata keçməsində əməyi keçən hər kəsə, xüsusilə, Bakı şəhər Təhsil İdarəsinə, məktəb direktorları və müəllimlərə dərin təşəkkürlərimizi bildiririk.
Tezliklə "İDMAN DƏRSİ-VELOSİPEDLƏ" adlı yeni, maraqlı layihəmizə start verəcəyik.
 
İcmal.Az
 
 
 

 

RƏYLƏR