Velosipedçi qəzaya düşdü, huşunu itirdi, velosipedini oğurladılar - BAKIDA

OXUNUB: 674 ŞOU-BİZNES

Ötən gün axşam saatlarında paytaxt ərazisində velosiped "Toyota Camry" markalı avtomobil ilə toqquşub.

Qəza Azərbaycan Dövlət Akademik Dram Teatrı yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində velosipedçi, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Fərzəliyev Elvin Elxan oğlu yaralanıb. Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

E.Fərzəliyevin "Report"a verdiyi məlumata görə, o, hadisədən sonra huşunu itirib. Bu səbəbdən velosipedi də oğurlanıb. E.Fərzəliyevin dediyinə görə, polis artıq ona aid olması ehtimal edilən velosipedi tapıb.

Faktla bağlı araşdırma aparılır./publika

İcmal.Az

RƏYLƏR