Venesuelada 4 nazir istefa verdi

OXUNUB: 759 DÜNYA
Venesuelada nümayişlər davam edir.

Mədəniyyət naziri, penitensiyar xidmət naziri, hindu xalqların işi üzrə nazir və kommunal işləri üzrə nazir tutduğu postdan istefa verib.
 
Bildirilir ki, ölkə prezidenti Nikolas Maduro istefaları qəbul edib. Nazirlər təşkilat şurasının seçkilərində iştirak etmək niyyətindədirlər.
 
2011-ci ildən penitensiar xidmət naziri olan İris Varelanın yerinə Mirelis Kontreras təyin edilib. Kommunal işləri üzrə nazir Aristobulo İstirus da səlahiyyətlərini zərif cinsin nümayəndəsinə-Kira Andradeyə təhvil verib.
 
Uqo Çavesin qardaşı Adan Çavesin mədəniyyət naziri postuna da qadın nazir-Ana Reyes Paes təyin edilib.
 
Hindu xalqlarının işləri üzrə nazir Aloya Nunyesin yerinə isə Yamilet Mirabal Kalderon təyin edilib.
 
Venesuela milli təşkilat şurasına seçkilər 30 iyul tarixinə planlaşdırılıb. Şura konstitusiyanın reformu məsələləri ilə məşğul olacaq./olke.az
 

İcmal.Az

RƏYLƏR