Venesuelada həbsxanada iğtişaşlar nəticəsində 37 nəfər öldü

OXUNUB: 642 DÜNYA

Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar 37 nəfərin həyatına son qoyub.

Venesuela Təhlükəsizlik Xidməti  Puerto-Ayakuço şəhərində həbsxanada əməliyyat keçirib.

Məlumata əsasən, hökumət qüvvələrinin həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb. Nəticədə qanlı toqquşmada 37 dustaq ölüb, polis əməkdaşları arasında itki barədə məlumat verilmir. Venesuela Təhlükəsizlik Xidməti mütəmadi olaraq ölkə həbsxanalarında əməliyyat keçirir. Bu reydlərin əksəriyyətində polislə məhbuslar arasında toqquşmalar baş verir./apa

İcmal.Az

RƏYLƏR