Venesuelada sabiq prezidentin heykəlini dağıtdılar – VİDEO

OXUNUB: 867 DÜNYA

Venesuelanın Vilya-del-Rosario şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar.

İcmal.Az-ın xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə "Nacional” qəzeti məlumat verib.

Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib.

Məlumat üçün qeyd edək ki, aprelin 4-də Ali Məhkəmə müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.

Yeni etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib.

Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı, qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 37-yə çatıb, 1000-ə yaxın insan xəsarət alıb.

İcmal.Az

RƏYLƏR