Vergilər Nazirliyi büdcəyə 3,4 mlrd. manat köçürüb

OXUNUB: 953 İQTİSADİYYAT

Yanvar-iyun aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

İcmal.Az-ın Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə,  2017-ci ilin yanvar-iyun ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 3 mlrd. 352 mln. 375,58 min manat məbləğində vəsait ödənilib.

Bununla da, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5% əməl olunub.

İcmal.Az

RƏYLƏR