Vətəndaşların pulunu ələ keçirmiş şəxsin işi məhkəməyə göndərildi

OXUNUB: 320 GÜNDƏM HADİSƏ
 Məmmədova Günay Ənvər qızının qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır. 
       Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Günay Məmmədovanın Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya Agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verərək ümumilikdə 46 nəfər şəxsə məxsus cəmi 703 min 700 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
         İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında  Günay Məmmədovaya CM-nin 178.4 (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
        Cinayət işi üzrə vurulmuş maddi ziyanın 134 min 600 manat hissəsinin ödənilməsi təmin edilmişdir.
 
7News.Az

RƏYLƏR