Vətəndaşlıq alan məşhur robot Azərbaycana gəlir

OXUNUB: 946 SOSİAL

Dünyanın tanınmış robotu olan Sofiya oktyabrın 27-28-də Bakıda keçirilməsi planlaşdırılan "Global Influencer Day” tədbirində iştirak edəcək.

İcmal.Az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir "Keepface DMCC” və "FA International Trade Events” şirkətlərinin əməkdaşlığı və dəstəyi ilə keçiriləcək. 

"Hanson Robotics” şirkəti tərəfindən süni intellekt əsasında yaradılan Sofiya yumor hissinə, müəyyən məsələlərə cavab vermək bacarığına və əvvəlcədən müəyyən mövzular üzrə sadə söhbətlər aparmaq qabiliyyətinə malikdir. 

 
İnsanları tanımaq və görüntülü əlaqələr qurmaq üçün Sofiya kamera və proqram sistemi ilə təmin olunub. Bundan başqa, Sofiya Səudiyyə Ərəbistanı vətəndaşlığını qazanıb.

 

Tədbirdə həmçinin, dünya şöhrətli "Google”, "Microsoft”, "Forbes” və "Instagram” kimi şirkətlərin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, ötən il Ər-Riyadda keçirilən tədbirlərdən birində Sofiya Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq  alıb. Bundan başqa, tarixə ilk vətəndaşlıq alan robot kimi düşən Sofiya müsahibələrindən birində ailə qurmaq, uşaq sahibi olmaq istədiyini dilə gətirib.

İcmal.Az

 

RƏYLƏR