Veysəloğlunun “Oba”sında qiymət fırıldağı - Vitrindəki qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?

OXUNUB: 566 index-manşet İQTİSADİYYAT
Müddəti keçmiş məhsulların  tozunu alan yoxdur...

1994-cü ildən  fəaliyyət  göstərən, ölkəyə qida məhsulları idxal edən Veysəloğlu  şirkətlər qrupu  sonradan  özü istehsala başladı. Ulduz şokolad  fabriki, Araz, Oba, Spar  marketlər  şəbəkəsi də Veysəloğlu MMC-yə məxsusdur. 
Yəni az qala  30 ilə yaxın fəaliyyət göstərən Veysəloğlu MMC bu illər ərzində nə keyfiyyətli qida istehsal edə bildi, nə də normal xidmət mədəniyyəti yarada bildi. 
Təsəvvür edirsiniz, hər gün müştərisi olduğumuz  Oba  marketdə  qida məhsullarının tozu alınmır. Vitrində sıralanmış mineral suların qablarını toz basıb. Dəfələrlə irad bildirməyimizə baxmayaraq müştərini eşidən yoxdur.
Digər  ciddi məsələ Oba-da balıq və konserv məhsullarının vaxtının keçməsidir.  Müştəri  tələb edəndə  satıcılar məhsulların konkret yararlılıq  müddətini göstərə bilmir. 
Bütün bunlar azmış kimi  vitrindəki qiymətlərlə  kassada hesablanan qiymətlər  arasında xeyli fərq yaranır. 
Alıcı cibindəki məbləğə uyğun məhsulları götürüb kassaya yaxınlaşır, satıcı isə elə məbləğ deyir ki, alıcı  aldığını  geri qaytarmağa məcbur olur. Və satıcı deyir ki, qiymətlər dəyişib. Əgər dəyişibsə, niyə vitrində bu görünmür ? 
Bir sözlə,  Oba və Araz marketlər şəbəkəsində fırıldaq baş alıb gedir. 
Görəsən qida məhsullarının keyfiyyətinə  Qida Təhlükəsizlik Agentliyi niyə  nəzarət etmir ? 
Digər tərəfdən az qala ölkəni əhatə edən Veysəloğlunun topdan satış və pərakəndə satış şəbəkəsinə Vergilər Nazirliyi niyə göz yumur ? 
Açıq-aşkar görünür ki, bu şəbəkədə ciddi vergidən yayınma var. 
Digər tərəfdən şirkətin gömrük rüsumlarını necə ödəməsi də  ciddi sual altındadır.  
Veysəloğluna məxsus marketlər şəbəkəsində ciddi problemlərdən biri də işçilərin əmək müqaviləsi olmadan işləməsidir. Bu ciddi qanun pozuntusudur. 
Bəzən deyirlər ki, guya marketlərdə baş verənlərdən şirkətin rəhbərliyinin xəbəri yoxdur. 
Bu tamamilə absurd fikirdir. Şirkətdə baş  verən bütün fırıldaq və qanunsuzluqlardan Veysəloğlunun rəhbərliyinin xəbəri var. Ancaq şirkət ölkə rəhbərliyinin tapşırıqlarına baxmayaraq süni qiymət artımı yaradır. Bu da əhalinin ciddi narazılığına səbəb olur./gundelik-baku

RƏYLƏR