Vəzifəli şəxsin gəlinini zorlayıb öldürən FƏTTAHDAN SON XƏBƏR

OXUNUB: 847 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasını zorlamaqda və boğaraq öldürməkdə ittiham olunan 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

İcmal.Az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Fəttah Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüquqi varisi Fəttah Nuriyevin ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə prosesi fevralın 23-də davam edəcək.

Vəzifəli şəxsin gəlinini zorlayıb öldürən FƏTTAHDAN SON XƏBƏR

Qətl hadisəsi ötən il avqustun 7-də Sumqayıt şəhərində baş verib.

İstintaqla müəyyən edilib ki, sərxoş vəziyyətdə olan Fəttah Nuriyev Sumqayıtda "Göyərçin” abidəsi tərəfə gedən 35 yaşlı Sevda Bayramovanı görüb. Qadının üzərindəki qızıl-zinət əşyalarını ələ keçirmək istəyən F.Nuriyev havanın qaranlıq, ərazinin işıqsız olmasından istifadə edərək, ona hücum çəkib. Qadını yerə yıxaraq bir neçə zərbə vurub. Sevdanın səsi çıxmasın deyə, onun ağzından tutaraq sıxıb, sürüyüb gül kollarının arasına aparıb. Qadının gücsüz olmasından istifadə edərək onu zorlayıb. Sonra isə boğaraq öldürüb. S.Bayramova ailəli, 2 övlad anası olub.

İcmal.Az

RƏYLƏR