Məmur oğlunun faciəvi şəkildə ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı — TƏFƏRRÜAT (YENİLƏNİB)

OXUNUB: 337 GÜNDƏM
 
Ötən gün Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.


"Ölkə.Az” məsələ ilə bağlı İmişli rayon İcra Hakimiyyətinin (RİH) mövqeyini öyrənib.

İcra hakimiyyətindən bildirilib ki, hazırda İmişli RİH-də Əlirza Haqverdiyev adında şəxs çalışmır:

"Bildiyimizə görə, Əlirza Haqverdiyev əvvəllər "Aqrolizinq” ASC-nin İmişli rayon şöbəsində çalışıb. Ancaq indi icra hakimiyyətində çalışmır”.
 
 
---

Qəza nəticəsində faciəvi şəkildə həlak olan sürücü, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Haqverdyev Xalid Əlirza oğlu uzun illərdən bəri narkotik vasitələrin alüdəçisi olub. Hətta, bir neçə dəfə Xalid Haqverdiyev idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanması səbəbindən həbs edilib. 

FHN-nin sabiq əməkdaşı olan Xalid Haqverdiyev hadisədən əvvəl də kefli olub. Hadisədən bir neçə saat əvvəl mərhumun atası, iş adamı Əlirza Haqverdiyev oğluna zəng edərək, onlara məxsus olan "Howo” markalı yük avtomobilinin Bakıda qaldığını və onu təcili rayona gətirmək lazım olduğunu söyləyib. Xalid Haqverdiyev isə kefli halda yük maşınının sükanı arxasına keçərək, onu idarə edib. O, yük avtomobilini sürətlə idarə etdiyi üçün, idarəetməni itirib. Bu zaman Xalid Haqverdiyev özünü maşından aşağı atıb xilas olmaq istəyərkən, "Howo” avtomobilinin təkərləri altına düşüb. 
Qeyd edək ki, mərhumun atası Əlirza Haqverdiyev hazırda İmişli rayon İcra Hakimiyyəti başçısının müavinin müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədr müavinidir. Eyni zamanda Əlirza Haqverdiyev biznes fəaliyyəti ilə də məşğul olur. /olke.az
 


İcmal.Az

RƏYLƏR