Vinus Uilyams bir nəfərin ölümü ilə nəticələnən qəzada təqsirkar bilindi

OXUNUB: 1121 İDMAN

Məşhur amerikalı tennisçi, 4 qat Olimpiya çempionu Vinus UilyamsFlorida ştatında baş verən qəzada təqsirkar bilinib. Dünən baş verən qəza nəticəsində bir nəfər ölüb. 

Məlumata görə, 78 yaşlı Cerom Barson və onun həyat yoldaşı Linda Barsonun olduqları nəqliyyat vasitəsi məşhur tennisçinin avtomobili ilə toqquşub. 

Nəticədə 78 yaşlı Cerom Barson 14 gün sonra xəstəxanada keçinib, onun həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.

Raporta görə, Barsonlar işıqforun yaşıl işığında hərəkət edərək küçənin kəsişdiyi hissəyə yaxınlaşıblar. Sükan arxasında olan Linda Barsonun sözlərinə görə, daha sonra Uilyamsın yolsuzluq avtomobili sol tərəfdən ona çırpılıb. 

Uilyams isə öz növbəsində iddia edir ki, yolun ortasında sıxlığa ilişdiyi üçün Barsonların avtomobilini görməyib. Məlumata görə, Uilyamsın avtomobili saatda 8 km sürət ilə hərəkət edib. 

Bu sürətlə hərəkət edən avtomobilin törətdiyi qəzanın insan ölümü ilə nəticələnməsinin səbəbləri açıqlanmır. Uilyamsı Barsonlara yol verməməkdə ittiham edirlər. Hələlik başqa ittiham irəli sürülməyib. 

37 yaşlı Vinus Uilyams Serena Uilyamsın böyük bacısıdır. Vinus Uilyams "Böyük dəbilqədə” yeddi qələbə, bacısı isə 23 qələbə qazanıb. O, iyulun 3-də başlanacaq Umbldon turnirinin favoriti hesab edilir./oxu

 

İcmal.Az

RƏYLƏR