“Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodu” adlı tədbir həyata keçirilib - FOTOLAR

OXUNUB: 2024 QHT

İCMAL.az xəbər verir ki,Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) vənəznində fəaliyyət göstərən "Etika Akademiyası” 9 iyun, 2017-ci il tarixində "Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodu” adlı tədbir həyata keçirmişdir.

"Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodu” təqdimatının məqsədi ABŞ, Böyük Britaniya, İsveçrədən savayı dünyada ilk dəfəolaraq təhsil sistemində virtual reallıq və artırılmış reallıq metodununun tətbiq olunmasını ictimaiyyətin nəzərinə çatdırmaqdır.Tədbiri giriş sözü ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf açdı və iştirak edən qonaqların hər birini salamladı.Nərgiz Xələf bildirdi ki,"Fəaliyyət göstərdiyimiz 10 il ərzində vətəndaş cəmiyyəti olaraq çalışmışıq ki, Azərbaycanın müsbət imicinin artırılmasına xidmət etmiş olaq və bu xidmətdə hər zaman innovativ düşüncə axtarışında olmuşuq. Hər zaman çalışmışıq ki, layihələrimiz fərqli, innovativ olsun. Milli və mənəvi dəyərlərimizi önəmsəyərək dünyanın vacib hissəsinə çevrilmək istiqamətində vətəndaş cəmiyyətinə töhvə verməyə çalışmışıq. Müasir dövrdə dünyanın vacib hissəsinə çevrilməyə gedən yol ətalətdən uzaq, keyfiyyətli və fərqli düşüncədən, innovativ yanaşmadan, xüsusilə təhsildən keçir.”

AGAT sədri qeyd etdi ki, deyilənləri nəzərə alaraq,ABŞ, Böyük Britaniya, İsveçrədən sonra təşkilat olaraq Azərbaycanda pilot layihə kimi artıq təhsildə yeni texnologiyalardan istifadə edərək VR (Virtual Gerçəklik) və AR (Artırılmış Gerçəklik) innovativ metodunun tətbiqinə nail olmuşdur.

Daha sonra "Etika Akademiyası”nın rəhbəri Günel İbrahimə söz verildi. G. İbrahim AGAT nəznində fəaliyyət göstərən Etika Akademiyasının Virtual Reallıq texnologiyasının tədrisdə tətbiqi metodlarından danışdı. İlk dəfə Azərbaycanda "Etika Akademiyası” olaraq innovativ vasitələrlə bilikləri tez bir şəkildə mənimsəməyin, riyaziyyat, ana dili fənlərini bu sistemə köçürülməsinin mümkün olduğunu söylədi. O vurğuladı ki, bu sistem vasitəsi ilə ətalətliliyi azaldaraq insanlar sürətli düşünmə mexanizminə sahib ola bilərlər və bu sistem Avropada artıq mövcuddur, lakin Azərbaycanda yeni olaraq tədrisdə tədbiq olunmağa başlamışdır.

Sonra Virtual Reallıq texnologiyası sisteminin qonaqlara təqdimatı üçün AGAT - Etika Akdemiyasının bu layihədə əməkdaşlıq etdiyitəşkilatın partnyoruGökhan Güneriyə söz verildi. Güneri bu sistemin yaranmasından və çağdaş günümüzdə tədbiqindən söz açdı və qonaqları canlı olaraq bu sistemlə tanış etdi.

Sonda AGAT sədri Nərgiz Xələf iştirak edən qonaqlara təşəkkürünü bildirdi və hər kəsə gələcək fəaliyyətində uğurlar arzuladı.

Qeyd edək ki, tədbirdə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ombudsman Aparatı, Milli Məclisin Elm və Təhsil Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, QHT rəhbərləri və digər dövlət strukturları, vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmişdir.






RƏYLƏR