Vladimir Putin: "ABŞ tələyə düşüb və səhvə yol verir"

OXUNUB: 660 DÜNYA
Rusiya prezidenti Vladimir Putin ABŞ haqqında yeni fikir səsləndirib.


Rusiya liderinin bəyanatına əsasən, özünü sivil dünyanın başçısı hiss edən ABŞ "tələyə düşüb". Putin rejissor Oliver Stouna verdiyi müsahibədə bu fikri səsləndirib.

Rusiya lideri deyib: "SSRİ dağılanda, ABŞ özünü sivil dünyanın rəhbəri hiss edəndə belə bir illuziya yarandı ki, Birləşmiş Ştatar istədiyini edə bilər və ona heç nə olmayacaq. Amma bu tələdir. Çünki belə bir vəziyyətdə insan da, ölkə də səhvlər buraxmağa başlayır. Vəziyyəti analiz etmək, nəticələrini düşünmək ehtiyacı yoxdur".

Putin əlavə edib ki, belə bir vəziyyətdə ölkə effektsiz fəaliyyət göstərir və ard-arda səhvlər buraxmağa başlayır: "Düşünürəm ki, ABŞ bu gün belə bir tələyə düşüb"./olke.az
 

İcmal.Az

RƏYLƏR