“Övladlarıma toxunmayın”: Nadir Qafarzadədən ETİRAZ

OXUNUB: 593 ŞOU-BİZNES

Müğənni Nadir Qafarzadə ona övladları ilə bağlı sual ünvanlayanlara ultimatum göndərib.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, daha ona övladları ilə bağlı sual verməsinlər: "Bəziləri mənim açıqlamamdan şou düzəldir. Övladlarımla bağlı mənə sual ünvanlayırlar ki, oğlunuzu nə vaxt evləndirirsiz? Kiminsə qapısına elçi getmisiniz? Artıq bu suallardan bezmişəm. Adama bir sualı nə qədər verərlər? Mən hələ oğluma görə kiminsə qapısına elçi getməmişəm. Amma gələcəkdə özü kimi istəyəcəksə, onu da alacaq. Onların şəxsi seçimlərinə qarışmaram. Özlərinə də demişəm, kimi istəyərlərsə, mən də bir ata kimi razı olaram. Amma sizin vasitənizlə xahiş edirəm ki, övladlarımla bağlı mənə sual verməyin. Çünki mən şou aləmindəyəm, onlar yox! Övladlarıma toxunmasınlar. Onlardan yazmasınlar. Düşünürəm ki, bu istəyimi nəzərə alacaqsınız”.

Qeyd edək ki, N.Qafarzadə bir müddət öncə Xəzər TV-də yayımlanan "5/5” proqramında oğlu üçün müğənnilərdən birinin qızını bəyəndiyini demişdi.

İcmal.Az

RƏYLƏR