Vüqar Bayramov sosial mənzillərə dair ən çox ünvanlanan suallara aydınlıq gətirdi

OXUNUB: 914 İQTİSADİYYAT

"Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdankeçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq.

Bəzi vətəndaşlarımız daha qısa zamanda qeydiyyatdan keçməyə çalışırlar. Qeyd edək ki, bu mərhələdə nə zaman qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir. Belə ki, sosial evlərə elektron müraciətin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur”.

İcmal.Az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

"Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. 

Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da, ikinci mərhələdə "ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir. 

Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hamısının qeydiyyatdan keçməsinə ehtiyac var. Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. 

Eyni zamanda, ilk il iki minə yaxın sosial mənzil təklif edilərsə də, sonrakı illər hər il üç min güzəştli mənzilin satılması nəzərdə tutulur. 

Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi "Şəxsi kabinet” yaradıb, hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar”, - deyə ekspert yazıb.

 

İcmal.Az

RƏYLƏR