Vurğun Əyyub dünyasını dəyişdi

OXUNUB: 697 HADİSƏ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub dünyasını dəyişdi.

7NEWS.az daha öncə əldə etdiyi məlumata görə, Vurğun Əyyubun vəziyyəti bu gün ağırlaşmışdı. Evində həkim nəzarətində olan Vurğun Əyyub uzun müddət idi, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.



1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

RƏYLƏR