'Vüsal Kərimli gənc yaşında fiaskoya uğradı' - QARABAĞ-ROMA OYUNU İLƏ BAĞLI YALANINA GÖRƏ

OXUNUB: 4618 GÜNDƏM SOSİAL
İCMAL.az xəbər verir ki, dünən baş tutan Qarabağ-Roma oyunundan əvvəl və sonra nəqliyyat böhranına görə sosial mediada gərgin müzakirələr başlayıb. 'Bakı Nəqliyyat Agentliyi'nin verdiyi sözə əməl etməməsi 65 min azarkeşin oyundan sonra sərt hava şəraitində saatlarla açıq, yağışlı havada qalmasına səbəb oldu. Qurumu ən sərt şəkildə qınayanlardan biri də Ölkə.az saytının rəhbəri Məmməd Gülmmədov oldu. O, məsələyə münasibətində qurumun tam fiaskoya uğradığını deyib: 'Bu məsələyə görə BNA haqqında son statusumdur. Təqribən iki il öncə yaradılan bu qurum böyük ümidlər vəd edirdi. İlkin mərhələdə "BakuBus" şirkətinin fəaliyyətində bunu sezdik. Həm ictimai nəqliyyatın vəziyyətinin, həm də qurumun ilk addımlarının uğurlu olduğunu deməmək olmaz. Nurida Allahyarova mətbuatla da işi gözəl qurdu. Hamı BNA-ya çox məsum yanaşdı.
Lakin... Bəli, sonradan bu qurum elə Ziya Məmmədovun Nəqliyyat Nazirliyinə oxşamağa başladı. İndi isə heç bir fərqi qalmayıb. Mətbuat katibi də indi daha çox Namiq Həsənov kimi davranır. Düzdür, əlçatandır. Ancaq verdiyi informasiyanın məzmunu Namiq müəllimlə eynidir. 
Qurumun rəhbəri Vüsal Kərimli gənc kadrdır. Haqqında hansı rəyi formalaşdırsa ictimaiyyətin gözündə o qalacaq. Dünən isə mətbuat katibi Mais Aghayev onun nüfuzdan düşməsi üçün əlindən gələni etdi. Qısa və konkret, bu belədir! Heç kim inciməsin. Artıq BNA məsum deyil, ən azından ictimaiyyət artıq belə düşünmür. Bunu sosial şəbəkədə insanların yazdıqlarından da aydın görmək olar. Bu şəkildə davam etmək isə yəqin ki, Nəqliyyat Nazirliyinin yolunu getmək deməkdir. Sonuc isə görünəndir.
...fiasko!'
İCMAL.az

RƏYLƏR