Vyana toplantısı öncəsi neft bazarı haqda vacib bəyanatlar

OXUNUB: 977 İQTİSADİYYAT

"Mart ayından etibarən dünyada neft ehtiyatlarının həcmində azalma müşahidə olunur”.

İcmal.Az-ın məlumatına görə, APA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, ehtiyatların azalması bazarı balanslaşdıracaq: "İlin əvvəlindən etibarən üzən anbarlarda ehtiyatların həcmi 30% azalıb”, - deyə nazir bildirib.

A.Novak əlavə edib ki, neft hasilatının azaldılması ilə bağlı razılaşmaya qoşulan ölkələr üzərilərinə götürdüyü öhdəlikləri yerinə yetirib: 

"Razılaşmaya qoşulan ölkələr ciddi intizam nümayiş etdirir. Hasilatçılar sutkalıq hasilatı 1,8 mln. barel azaltmaqla bağlı üzərilərinə öhdəlik götürüb. Müşahidələr göstərir ki, öhdəliklər yerinə yetirilib”.

Öz növbəsində, Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih istehsalçıların xam neft hasilatını azaltmaq məqsədilə tətbiq etdikləri müqavilənin müddətinin bu ilin ikinci yarısına və yəqin ki, ikinci yarısından da irəli uzadılacağına əmin olduğunu söyləyib.

Marja-nın məlumatına görə, Xalid əl-Falihin bazar ertəsi günü Kuala Lumpurdakı Asiya Neft və Qaz konfransında verdiyi açıqlamaya görə, ABŞ-ın şist nefti istehsalındakı artım və zavodların texniki servis üçün dayanması OPEK və müttəfiqlərinin istehsal azaltmasının yaratdığı təsiri yavaşladır. 

Amma istehsalçılar "şişmiş” ehtiyatları azaltmaq hədəflərinə çatmaqda qərarlıdırlar. Digər tərəfdən, əl-Falih, qlobal neft bazarının çox yaxında yenidən balanslaşacağını və "sağlam vəziyyət”ə geri qaytarılacağına əmin olduğunu bildirib.

Bu ay Vyanada baş tutacaq OPEK toplantısında bir çox ölkə yanvarda başlayan və 6 ay davam edəcək müqavilənin uzadılmasını dəstəkləyəcəklərini açıqlayıblar. 

Səudiyyəli nazir müqavilənin 2017-ci ildən də o tərəfə də uzadıla biləcəyini ilk dəfə təklif edib.

İcmal.Az

RƏYLƏR